O, ölkə və əyalət məsullarının su çatışmazlığının aradan qaldırılması üçün yetərli işlər görmədiyini bildirib, yüzlərlə kəndə səyyar tankerlər vasitəsilə su daşındığını vurğulayıb.
“Yağıntıların mülayim və nisbətən kifayət qədər yağmasına baxmayaraq, əyalətdə yay mövsümündə quraqlığın davam etməsi və mənbələrin, su anbarlarının və etibarlı su təchizatı şəbəkəsinin olmaması səbəbindən kəndlərdə yaşayan əhali üçün daim su çatışmazlığı ilə üzləşir”, – deyə Nemət Sultani bildirib.
Ərdəbil əyalətində ümumilikdə 1856 kənd və yaşayış yerinin yarısının etibarlı və daimi su mənbəsi, su təchizatı şəbəkəsi yoxdur.