Vaxt.Az

Pantiçin «gözü su içmir»


 

«Qərardan arxayınlaşan klublar...»

Pantiçin «gözü su içmir» «Bakı»nın baş məşqçisi Milinko Pantiç «Qəbələ» ilə oyundan heç-heçə ilə ayrıldıqdan sonra yaman dilxor olub. «Eşitdim ki, «Rəvan» Zaqatalaya əsas oyunçularını aparmayıb. Birinci diviziona heç bir klubun düşməyəcəyi barədə qərarın çıxarılmasından sonra klublarda arxayınlıq yaranıb» deyən Pantiç, hiss olunur ki, İcraiyyə Komitəsinin çıxardığı qərardan çox narahatdı.

Serb mütəxəssisin narahat olması heç də əbəs yerə deyil. Axı, onun rəhbərlik etdiyi komanda  martın 19-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə «Rəvan»la qarşılaşacaq. Paytaxt klubundan qorxan çalışdırıcı düşünür ki, «Rəvan» «Simurq»la oyuna  əsas futbolçularını aparmadığı üçün bütün gücünü «Bakı» ilə oyuna saxladı.

Düzdü, İK Premyer Liqanı heç bir klubun tərk etməyəcəyi ilə bağlı qərarı açıqlamaq üçün heç də düzgün vaxt seçmədi. Çünki qərar açıqlandığı gündən sonra biz bir o qədər də qızğın mübarizənin şahidi olmayacağıq. Həmçinin də aşağı pillədə mübarizə aparan «Sumqayıt» və «Rəvan» İK-nın qərarından arxayınlaşdıqları üçün növbəti turlarda bir o qədər də can yandırmayacaqlar. Mövsümün qalan dövrü ərzində çoxlu yoldaşlıq matçı izləyəcəyik».

Pantiç İK-nın bu qərarına irad bildirməklə yerlə göy qədər haqlıdır.

 





17.03.2014    çap et  çap et