Vaxt.Az

İlk qələbə


 

... Yaxud bu ilin ən yaxşı yarışı

İlk qələbə Başlayaq startdakı qəzadan. Çox ciddi qəza idi, amma Çjou sağlamdır. Əsas budur. Və. Bu da 150-ci müsabiqədə – yarış ərzində ilk qələbə.

Mükəmməl idimi? Yox. Amma “Ferrari”nin ədalətli davranması nəyə desən dəyərdi. Doğrusu da bu idi. İkisinin də şansları var idi. Bərabər davranmaq lazım idi. Amma Hamilton təhdidindən sonra komanda əmri doğru idi. “Ferrari” bura qədər əla işlədi. Hər halda Saynsı ilk qələbə münasibətilə təbrik edək.

Keçək indi “Ferrari” nəyi səhv etdi məsələsinə. Okon dayanır. Mən burada Farid Ramazanov, Elchin Zodorov və Farida Abdullanın olduğu qrupumuzda yazıram ki, indi SC (Safety Car – Təhlükəsizlik Maşını) çıxacaq. “Ferrari”lər bu dəqiqə pitə Lekleri almırlar, amma Saynsı alırlar. Nəticədə Leklerin qələbəsi əldən gedir. Hətta, podiumu da. Mayamidən sonra podiumsuz qaldı yenə. 

Hamilton isə bir ara qələbə üçün ciddi namizəd idi. Amma SC onu qələbəsiz qoydumu? SC çıxmasa, qələbə qazanardımı? Əmin deyiləm. Əminəm ki, Sayns onu gecikdirərdi. Çünki adam Lekleri zorla keçdi. Amma yenə də fenomenal performans idi.

Digər tərəfdə Peres də fenomenal performans göstərdi. Bir neçə dövrə Lekler və Hamiltonla ləngiməsə, böyük ehtimalla qazanacaqdı. Rahatlıqla qazanacaqdı. Amma yenə də Hamiltonu ötməsi, özü də Hamiltonun evində – iki dəfə yeddiqat Dünya Çempionunu ötməsi başqa aləm idi. Bir də bu “Red Bull” dəhşət sürətlidir. Arxada Verstappen xarab maşınla hücumlar edirdi…

Alonso 5-ci yeri sevir. Karyerasında növbəti beşinciliyi aldı. Qeyri-adi nəsə eləmədi, amma “Alpine” üçün vacib 10 xal gətirdi. Xüsusən də, “Alfa Romeo”ların olmadığı yarışda.

Ad günü olan Vetteli də unutmayaq. Verstappenə ara yerdə hücum elədi.

Ümumilikdə bu il izlədiyim ən dəli yarış idi.

Hələ də əlim titrəyir. Yazını necə yazdım bilmədim.

 





03.07.2022    çap et  çap et