Vaxt.Az

40-cı qalib sürücü...


 

... Yaxud Karlosa qələbə qazandıran 6 səbəb

40-cı qalib sürücü... Nəhayət, Karlos Sayns 150-ci yarışında ilk qələbəsinə sevindi. Hər şey Karlosun xeyrinə oldu:

Əvvəlcə, yarışın startında qəza və itirdiyi liderliyi ona qaytardılar. İkincisi, səhv yol verdi və Maks onu ötəndən dərhal sonra niderlandlı sürücünün maşınında problem yaşandı.

Üçüncüsü, Leklerin maşınında yaranmış nasazlıq – nəticədə monakolu sürücü onu keçsə də, uzaqlaşa bilmirdi.

Dördüncüsü, Həmiltonun sürətlə ona yaxınlaşdığı bir məqamda “Təhlükəsizlik maşını” və komandanın səhvi - Lekleri yox, məhz Peresi boksa çağırmaq. Çox güman ki, komanda onsuz da tempi olmayan Saynsa qırmızı təkərə keçirməklə şans vermək istədi və ümid edirdi ki, təzəcə pitdən çıxmış Lyuis boksa gəlməyəcək.

Beşincisi, yarışın əvvəlində Peresin maşını zədələməsi və məcburi pitdən sonra geriyə düşməsi.

Amma ən əsas işi sürücü özü gördü – restartda Lekleri qabaqladı və arxadakı mübarizə sayəsində qələbəyə doğru peletondan uzaqlaşdı.

Günün sürücüsü Peres idi, Şumaxer isə ilk xallarını qazandı. Günün şəkli də baş-ayaq Çjoudur – xoşbəxtlikdən nə sürücü, nə də kənar şəxslər zədə almadılar...

Bu gün “Mercedes”in (oxu Lyuisin) tempi gözəl idi, haradasa “Ferrari”yə çox yaxın idi, amma “Red Bull” çox güclü idi...

P.S. Sayns “Formula-1” tarixində qələbə qazanan 112-ci, “Ferrari”də 40-cı sürücü oldu...

 





03.07.2022    çap et  çap et