Əlbəttə ki, bu toqquşmada ruslar İrana dəstək verəcəklər və hal-hazırda 2 ölkə arasında birgə addımları koordinasiya etmək üçün məsləhətləşmələr gedir.
Rusiya silahlarının köməyilə Yəmən husilərin səudilər üzərində kiçik qələbələrin strateji əhəmiyyəti olmasa da, bunlar Ər-Riyadı narahat edir və qıcıqlandırır.
Ər-Riyada ABŞ-ın silahları lazımdır və əgər əvvəllər Səudiyyə Ərəbistanının istəyilə dərhal lazımlı sayda silahlar ABŞ tərəfindən satılırdı, Bayden dönəmində buna son qoyuldu.
Suriyada hərbi qarşıdurmadan istifadə edərək İsrail də İranın Suriyadakı mövqelərinə hərbi zərbələr endirə bilər. Bununla da, İsrail-SƏ, İsrail-Türkiyə münasibətlərində müsbət tendensiyanın şahidi ola bilərik. Prosesin sonunda da SƏ tarixi qərar qəbul edə bilər: İsraili dövlət kimi tanıyacaq.
İsrailin bu addımları Bayden-Ben Salman görüşü zamanı əsas müzakirə predmetlərindən biri olacaq.
***
Qətərin Türkiyə və ABŞ-la xüsusi(yaxşı) münasibətləri var. Qətər qazı Avropanı Rusiya qazından asılılığında xilas edə biləcək və bu istiqamətdə işlər gedir.
Əgər Bayden Qətər və İsrail, Qətər və SƏ arasında dialoqa təkan verə bilsə, və Səudiyyə Ərəbistanının səhradan qaz kəmərinin çəkilməsinə razılıq verməsinə nail olsa, İsrail qazı Avropa bazarına çıxarılacaq. İsrail çox böyük sualtı qaz yatağı kəşf edib və Avropanın mövcud durumunu nəzərə alaraq, İsrail üçün geosiyasi səhnədə mövqelərini gücləndirmək üçün ideal fürsət yaranıb.
Bəli, neft məsələsində Səudiyyə Ərəbistanının ruslarla mövqeləri üst-üstə düşür, amma Ər-Riyadın regionda ciddi problemləri var və bu baxımından ABŞ-la müttəfiqlik daha əlverişlidir.
Bütün bunların reallaşması üçün Türkiyənin Suriyada hərbi qələbəsi zəruridir. İndi xronologiyaya baxaq:
22 iyun – Ərdoğan Ben Salmanla görüşüb.
23 iyun– Yair Lapid (İsrail) Çavuşoğluyla görüşüb.
29 iyun – Bayden Ərdoğanla görüşüb.
Bu görüşlər zamanı yuxarıda qeyd etdiyim proseslər geniş müzakirə edilib.
Məlumata görə, Bayden Ərdoğanla görüş zamanı ən çox vaxtı məhz Suriya məsələsinə ayırıb. Hərbi məsələlər geniş müzakirə olunub.
Nəticə etibarı ilə, Bayden və Ben Salman görüşünün müzakirə predmetləri:
– Səudiyyə Ərəbistanı üçün ABŞ silahları (Ər-Riyadın tələbi);
– Səudiyyə Ərəbistanının neft ixracatını artırması (ABŞ-ın tələbi);
– İsrailin İranın mövqelərinə zərbələrin endirməsi (Səudiyyə Ərəbistanının tələbi).
Diplomatik masada bu kartlar olacaq.
Nəticədə Bayden nə qazanır?
– Enerjiyə qiymətlər enir iqtisadiyyatda problemlər aradan qaldırılır;
– 2022 və 2024 seçkilər ərəfəsində çox ciddi üstünlükdür;
– Gələcəkdə İsrailin qonşu dövlətlərlə münasibətlərin normalaşmasının müəllifi Bayden olacaq. Reytinqinə çox müsbət təsiri olacaq. +adını tarixə yazdıracaq;
– Ruslar Suriyada dəhşətli duruma düşəcəklər və mövqelərini itirəcəklər.