Vaxt.Az

İraq İrana qarşı sanksiyalara qoşulub?


 

Ərbil aeroportu “Puya Air” təyyarəsinin enişinə icazə vermədi

İraq İrana qarşı sanksiyalara qoşulub? İraqın Kürdüstan bölgəsinin mərkəzi olan Ərbil Beynəlxalq Hava Limanının rəhbərliyi iyulun 4-də İran təyyarəsinin bu hava limanına enməsinə icazə vermədiyini açıqlayıb. “Pouya” Hava Şirkətinə məxsus bu yük təyyarəsi bazar ertəsi Urmu hava limanından Ərbilə uçmuşdu.

Ərbil hava limanının müdiri Əhməd Huşyar “Radio Farda”ya təyyarəyə eniş icazəsi verilməməsinin səbəbinin “Pouya Air”in hüquqi prosedurları tamamlamaması olduğunu deyib.

“Bir neçə gün əvvəl İran aviaşirkəti öz təyyarəsini Ərbil hava limanına endirmək üçün müraciət edib. Onlara dedik ki, əvvəlcə hüquqi rəsmiləşdirmələri yerinə yetirməli, sonra təyyarələrinin enməsinə icazə verəcəyik”, – deyə o bildirib.

Huşyar İran təyyarəsinin hüquqi hazırlıqların heç birini yerinə yetirmədən qəfildən Ərbil səmasına girdiyi üçün enişinə icazə vermədiklərini söyləyib.

İraqın Kürdüstan bölgəsindəki Ərbil və Süleymaniyyə hava limanlarından adətən İranın müxtəlif şirkətlərinə məxsus  təyyarələr istifadə edir. Bu ilk dəfədir ki, İran təyyarəsinin bu hava limanlarından birinə enişinə icazə verilmir.

2012-ci ilin martında Amerika Maliyyə Nazirliyi “Pouya Air”i silah daşınmasına görə sanksiya siyahısına salıb.

İran təyyarəsinin Ərbil hava limanına enməsinə icazə verilməsməsinin səbəbi kimi həm də, son vaxtlar İran İnqilab keşikçiləri Korpusunun bu bölgəyə dron və raket hücumları ilə ola biləcəyi ilə əlaqələndirilir.

 





05.07.2022    çap et  çap et