Ukrayna Baş Qərargahının fikrincə, şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxara bilərdi.
Məlumatda qeyd olunur ki, "biz qayıdacağıq və mütləq qalib gələcəyik" Lisiçansk Luqansk vilayətində Ukrayna qoşunlarının nəzarətində olan sonuncu şəhər idi.
***
“İnterfaks” agentliyi xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə "Luqansk Xalq Respublikasının" (Ukrayna ərazisində Rusiyanın dəstəklədiyi separatçı bölgə) azad edilməsi” ilə bağlı hesabat verib.
O, həmçinin Putinə Lisiçansk şəhəri üzərində tam nəzarətin ələ keçirildiyi barədə də məlumat verib.
Hələ ki, bu məlumatı Ukrayna tərəfi və müstəqil mənbələr təsdiqləməyib.
Son bir neçə gün ərzində Lisiçanska nəzarət uğrunda şiddətli döyüşlər gedir. İyulun 3-də səhər saatlarında Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, hazırda Rusiya qüvvələri öz mövqelərində cəmlənirlər.
***
Onun yazdığına görə, “şəhər əsassız olaraq qəddar taktika ilə hücuma məruz qalıb. Əgər Severodonetskdə bir aylıq küçə döyüşləri nəticəsində şəhər tamamilə dağıdılıbsa, Lisiçanskdə qısa zaman anında eyni administrativ binalar təməlinə qədər dağıdılıb. Burada çoxlu hərbçilər var və çoxsaylı silahlardan istifadə olunur. Eyni zamanda, düşmənin döyüş sursatı olan bir neçə anbarı məhv edilib. Onlar əhəmiyyətli itkilərə məruz qalırlar, lakin inadla irəliləyirlər. Onlar şəhərdə, eləcə də Vernokamenkada sabitlənir və yaşayış məntəqələrini dağıtmaqda davam edirlər”, – Qayday yazır.