Vaxt.Az

Rusiya sərhəddə qadağaları götürür


 

Dünyada isə COVİD-19-a yoluxma artır

Rusiya sərhəddə qadağaları götürür İyulun 15-dən Rusiya COVİD-19-un yayılması ilə əlaqədar sərhəd keçidi ilə bağlı bu ölkədə qoyulmuş bütün məhdudiyyətləri aradan qaldıracaq. Qadağalar pandemiya səbəbindən 2020-ci ilin martından qüvvədədir.

Dəniz və hava keçid məntəqələri ilə girişə qoyulan məhdudiyyətlər hələ iyunun 14-dən götürülüb, indi ölkəyə quru nəqliyyatı ilə də daxil olmaq mümkündür. Eyni zamanda, Belarus vətəndaşları istisna olmaqla, əcnəbilərin daxil olması üçün PCR-testindən keçmək tələbləri qalır.

Hərçənd, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, son bir həftə ərzində COVİD-19-a yeni yoluxma halları 18 faiz artıb, dünyada dörd milyondan çox yoluxma qeydə alınıb. Yeni yoluxmaların ən böyük həftəlik artımı Yaxın Şərqdə qeydə alınıb – 47 faiz. Avropada koronavirus infeksiyası ilə xəstələnmə bir həftə ərzində 1/3 dəfə çoxalıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də DST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

 





03.07.2022    çap et  çap et