O bildirib ki, nə qədər paradoksal səslənsə də, bu gün Rusiya Ukraynadakı hərbi əməliyyatlara son qoymaq istəyir: “Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, bütün Orta Asiya ölkələri və hətta Baltikyanı da bu gün Ukraynanın taleyini yaşaya bilərdi. Rusiya Ukraynada uğur qazansa, bu hərbi əməliyyatlar adını sadaladığım bütün bu ölkələrin ərazisinə keçərdi ki, nəticədə müstəqilliklərindən bir şey qalmazdı. Yekunda bu gün Qafqazın fəthinə son qoyulmuş və Mərkəzi Asiya ölkələri ilə inteqrasiya sənədləri üzərində gərgin iş gedirdi. Bu ilin dekabrının 22-nə qədər hər şey hazır olmalı idi.
Bu alternativ tarixin fevral-mart aylarında Rusiyanın qələbəsi halında qaçılmaz olaraq reallığa çevriləcək versiyası idi. İndi Vaşinqton Polşanı necə qorumaq barədə düşünəcəkdi, şübhəsiz ki, mövcud reallığı nəzərə alaraq Baltikyanını qorumaq mümkün deyil.
Ancaq Kremlin bütün planları iflasa uğrayıb, indi rahatlaya biləcəyini düşünmək sadəlövhlüyün zirvəsi olardı. Planlar olduğu kimi qalır, bunu Putinin özü Aşqabad səfərində də təsdiqlədi. Bu müharibə bir ekosistem oyununun tərkib hissəsidir.
Ukrayna Rusiyaya güclü müqavimət göstərməklə bizə vaxt qazandırdı və Qərbin sanksiyaları altında Rusiyanı ağır müharibə aparmaq məcburiyyətində qoymaqla çox həssas vəziyyətə saldı. Kremlin nöqteyi-nəzərindən, əsaslı olaraq heç nə dəyişməyib. Bəli, Ukraynadakı məğlubiyyət planların miqyasını dəyişdi, amma heç bir halda planların özü dəyişməyib. Yəni Rusiya Ukrayna resurslarının tələb olunan yüz faizinin əvəzinə indi otuz beş faizini əldə etməyi hədəfləyir. Yenə də çoxdur. Bu da yeni ekosistem yaratmaq üçün böyük addımdır.
Nə qədər paradoksal səslənsə də, bu gün Rusiya üçün əsas vəzifə hərbi əməliyyatlara son qoymaqdır. Bəli, əlbəttə ki, Qərbin sanksiyaları Moskva üçün son dərəcə xoşagəlməzdir, bu sanksiyaların ləğv edilməsi ehtimalı da yoxdur.
Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada fəallığının artması məhz bununla bağlıdır. İmperiyanın varlığını davam etdirmək üçün resurslara ehtiyacı var və qonşularından başqa bunu əldə edəcək heç bir yeri yoxdur.
Aydın məsələdir ki, bu gün heç kim Moskvanın öz planlarını necə həyata keçirdiyinə baxmayacaq. Amma gəlin səmimi olaq, yeganə real qüvvə bu gün yer üzündə bu planlara qarşı çıxan Ukraynadır”. (Milli.az)