Bir neçə gün öncə keçirilən NATO sammitində Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, kibermüdafiə üçün Gürcüstana ciddi köməklik göstəriləcək.Gürcüstan Milli Təhlükəsizlik Şurasına yeni kibertəhlükəsizlik strategiyasını hazırlamaq üçün də dəstək veriləcək.
Böyük Britaniya həmçinin kibermüdafiə və imkanlarını gücləndirmək üçün Gürcüstanın Müdafiə Nazirliyi ilə birbaşa işləyəcək.
Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi 2018-ci ildən gürcü həmkarları ilə sıx əməkdaşlıq edir, ölkənin kiber imkanlarını təkmilləşdirmək üçün təlimlər və dəstək verir.
Yeri gəlmişkən, bir neçə gün öncə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Kordinasiya Şurası da kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələsini müzakirə ediblər.
çap et