Onun sözlərinə görə sanksiyaların ən yaxın zamanlarda Vladimir Putinin strateji məqsədlərini dəyişəcəyinə inanmağa dəyməz, çünki o, öz siyasətində iqtisadi mülahizələrdən çıxış etmir.
Lakin Borrellin fikrincə, Rusiya rəhbərliyi zaman içində “toplarla yağ arasında”, yəni müharibənin davam etdirilməsi ilə insanların həyat səviyyəsinin saxlanması arasında seçim etməli olacaq.
Borrell xatırladıb ki, Aİ Rusiyanın enerji asılılığından çıxmağa başlayıb və məhz bu, uzun müddət Vladimir Putinin aqressivliyinə layiqincə cavab verilməsinə mane olurdu:
“Hava nəqliyyatını saxlamaq üçün Rusiya öz təyyarələrinin böyük bir hissəsini uçuşlardan çıxarmalı olacaq, belə ki, həmin təyyarələri başqa təyyarələrin uça bilməsi üçün ehtiyat hissələrinə çıxdaş etmək lazım gələcək. Bundan başqa hələ maliyyə bazarlarına çıxışın itirilməsi, qlobal tədqiqat proqramlarından xaricolunma və kütləvi zəka axını da var”.
Borrell qeyd edir ki, Çin sanksiyalardan yan keçə bilməsi üçün Moskvaya kömək etməyə can atmır.
***
Bununla belə Aİ xarici siyasət idarəsinin başçısı deyib ki, Rusiyaya qarşı sanksiyalara Rusiya taxılının və gübrəsinin ixracı daxil deyil.
Borrellin sözlərinə görə qlobal enerji və ərzaq böhranlarının həlli üçün müharibənin dayandırılması vacibdir, lakin bu, Moskvanın şərtləri ilə olmamalıdır.
“Yağ yerinə toplar” şüarından nasist Almaniyasının rəhbərləri istifadə edirdilər.
Onlar iddia edirdilər ki, vermaxtın təkrar silahlanması üçün adamların ərzaqda qənaət etməsi lazımdır.
Hitlerin müavini Rudolf Hess 1936-cı ildə deyirdi: “Çoxlu yağdan əvvəl bizim çoxlu toplarımız olmalıdır, yoxsa nə vaxtsa bizim axırıncı yağlı tikəmizi əlimizdən ala bilərlər”.
Başqa bir məşhur ifadə isə Hermann Görinqə aiddir: “Toplar bizi daha güclü edir, yağdan isə yalnız kökəlmək olar”.