Vaxt.Az

“Tehran danışıqları şərtlərini pozub”


 

İran nüvə texnologiyasını qeyri-qanuni yolla əldə edib

“Tehran danışıqları şərtlərini pozub” Almaniyanın Hamburq əyalətinin kəşfiyyat xidməti illik təhlükəsizlik hesabatında İranın “Alexander J” adlı iranlı-almaniyalı vasitəsilə 1 milyon avro dəyərində qeyri-qanuni texnologiya əldə etdiyini açıqlayıb.

Bununla da İran hökumətinin nüvə danışıqları ilə bağlı öhdəlikləri pozduğunu bildirib.

Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu da Hamburq Kəşfiyyat Xidmətinin 2021-ci ilin sentyabrında Aleksandr J. barəsindəki “təhlükəli tapıntılar” adlı “dosye”sini təsdiqləyib.

İnstitutun araşdırmasına görə, bu şəxsin hərəkətləri İranın raket və nüvə proqramları üçün maddələr əldə etmək üçün ticarətə nəzarət qanunlarından və digər ölkələrin sanksiyalarından yan keçmək üçün davamlı səylərini ortaya qoyur.

Qeyd edək ki, bundan öncə iyun ayının əvvəllərində Almaniya kəşfiyyatı İran hökumətinin nüvə texnologiyası əldə etmək səylərini artırdığı barədə hesabat yaymışdı.

Hesabatda bildirilir ki, İran öz raket və nüvə proqramlarını inkişaf etdirmək üçün Almaniya torpaqlarında qeyri-qanuni texnologiya və materiallar əldə etmək üçün səylərini gücləndirib.

Almaniya Təhlükəsizlik Xidmətinin Konstitusiyanın Müdafiəsi üzrə Federal Bürosunun açıqladığı hesabatda İranın Almaniyada nüvə və raket proqramlarında istifadə olunan qadağan olunmuş texnologiya və material əldə etmək səylərinin əhəmiyyətli dərəcədə artdığına dair danılmaz dəlillərə malik olduğunu bildirib.

 





05.07.2022    çap et  çap et