Pavlo Kirilenko iyulun 5-də hücum nəticəsində azı 2 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirib. O, sosial şəbəkəyə ticarət mərkəzindən yüksələn tüstünün əks olunduğu video və yanğınsöndürənlərin alovları söndürdüyü fotoları yerləşdirib.
“Ruslar yenə də mülki əhalinin toplaşdığı yerləri məqsədyönlü şəkildə vurur. Bu, sırf terrorizmdir. Terrorçu dövlət məsuliyyətə cəlb edilməlidir”, – deyə Kırilenko “Telegram” kanalında yazıb.
Slovyanska hücumlar Ukrayna qüvvələrinin iyulun 5-də Lisiçanskdan geri çəkildikdən sonra hələ də böyük şəhərlərə nəzarət etdikləri Donetskdə yeni müdafiə xətləri ələ keçirdikdən sonra edilib.
Ukrayna prezidenti Vladimir Zelenski itirilmiş mövqeləri geri qaytaracağına söz versə də, geri çəkilmə Rusiyanın ölkənin şərqindəki Luqansk bölgəsinə tam nəzarəti əlinə aldığını iddia etməsinə səbəb olub.
Rusiya prezidenti Vladimir Putin iyulun 4-də Rusiya qüvvələrinin “Luqanskda olduğu kimi” bütün Donetsk bölgəsində irəliləməyə davam etməli olduğunu deyib.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin iyulun 5-də açıqladığı kəşfiyyat hesabatında Donbas uğrunda döyüşlərin “tədricən irəlilədiyi” və Rusiyanın qəsəbə və şəhərləri yerlə yeksan edərək, artilleriyadan ağır istifadə etməsi ilə xarakterizə edildiyi bildirilir.
Britaniyanın baş naziri Boris Conson iyulun 5-də Zelenski ilə telefon söhbəti zamanı Ukraynanın Rusiya tərəfindən bu yaxınlarda ələ keçirdiyi əraziləri geri ala biləcəyinə inandığını deyib.
Conson Britaniyanın Kiyevə özünü-müdafiə və yenidən qurulma işlərində yardım etmək öhdəliyini bir daha təkrarlayıb. Zelenski ona əlavə 100 milyon funt-sterlinq (119 milyon dollar) dəstəyə görə təşəkkür edib.