ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib ki, danışıq masasında İranın nüvə razılığına əməl edə bilməsi, Vaşinqtonun isə Tehrana qarşı sanksiyaları yüngülləşdirməsi üçün müəyyən müddət təklif olunub.
Ötən həftə Qətərin paytaxtı Dohada Tehranla Vaşinqton arasında 2015-ci ildə əldə olunan İran nüvə razılığını bərpa etmək üçün aparılan dolayı danışıqlar ümid edlən irəliləyiş olmadan başa çatıb.
Malli deyib ki, iranlı nümayəndələr yeni tələblər irəli sürüblər.
“Onlar Dohada daxil olmaqla yeni tələblər əlavə ediblər ki, mən onlara baxam hər hansı bir şəxsin onların nüvə razılığı ilə, onların keçmişdə istədiyi şeylərlə əlaqəsinin olmadığını görər”, – o NPR-ə müsahibəsində bildirib.
Tələblərə Birləşmiş Ştatlar və avropalıların danışıqlara daxil ola bilməcəyəyini dedikləri şeylər daxildir.
“İndi reallaşmalı olan müzakirələr bizimlə İran arasında deyil, baxmayaraq ki, biz buna hazırıq. Bu müzakirələr İranla İranın özü arasındadır”, – Malli deyib. “Onlar razılığa əməl etməyə hazır olub-olmamadıqları ilə bağlı bir nəticəyə gəlməlidirlər”.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ABŞ-ın baş diplomatı Cosef Borrell ilə danışıqlardan sonra “Twitter”də bildirib ki, “Razılıq yalnız qarşılıqlı anlayış və maraqlara əsasında mümkündür. Biz güclü və davamlı razılıq əldə etməyə hazırıq. ABŞ razılıq istədiyinə və yaxud birtərəfli tələblərinə sadiq qalmaqda israr edəcəyinə qərar verməlidir”.
Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, hazırda İranla başqa bir danışıq planlaşdırılmır. O əlavə edib ki, Tehran son həftələr və aylar ərzində dəfələrlə 2015-ci ildə imzalanan nüvə razılığının hüdudlarını aşan kənar tələblər irəli sürüb.
“Nüvə razılığının məhdud hüdudlarını aşan hər hansı bir şeyi irəli sürmək ciddiyyətsizlikdən xəbər verir, öhdəliyin olmamasından xəbər verir. Təəssüf ki, komandamızın Dohada müşahidə etdiyi də budur”, – Prays müxbirlərə bildirib.
Tehran razılıq altında nüvə silahlarına gətirib çıxara bilən uranı zənginləşdirmə proqramını məhdudlaşdırıb. Ancaq İran yalnız mülki atom enerjisi əldə etmək niyyətində olduğunu deyir.
ABŞ-ın o zamankı prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq, onun İrana qarşı çox yumşaq olduğunu bildirib və ABŞ-ın sanksiyalarını bərpa edib. Bunun nəticəsində Tehran razılıqdakı nüvə məhdudiyyətlərini pozmağa başlayıb.