O, “Malik Əştər” adına “Bəsic” qərargahında iki əldə qayırma bombanın partladıldığını və bundan video çəkilərək təbliğat vasitəsi kimi istifadə edildiyini deyib.
“Xarici amillər nəzarət altında olduqları üçün buna cürət edə bilməzdilər. Onların içəridəki adamları tətil günü olduğu və gecə qaranlığından istifadə edərək buna əl atıblar”, – deyə Kosəri bildirib.
Kosərinin “tətil günü olduğu üçün nəzarətin az olduğu” fikri sosial media istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.
Onlar Tehranda ən önəmli hərbi bazalardan sayılan bir yerin tətil günü olduğu üçün nəzarətsiz buraxılması fikrini gülüşlə qarşılayıblar.
***
İyulun 1-i yerli vaxtla saat 21:15-də İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Malik Əştər” qərargahına hücum olub. Tehranda əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında iki partlayış baş verib. Sosial mediada yayılan görüntülərdən qərargahda bir neçə dəfə partlayış səsinin eşidilyi, ardınca yanğın baş verdiyi müşahidə olunur.
“SEPAH” qərargahında partlayışların baş verməsi İsrail qaynaqları tərəfindən də təsdiq edilib və partlayışın bundan öncə İranın nüvə obyektlərinə dron hücumlarına oxşadığı bildirilib.
Hadisədən bir gün sonra hökumətə müxalif İran Xalq Mücahidləri Təşkilatı partlayışın məsuliyyətini öz üzərinə götürüb.