Agentliyin məlumatıda SEPAH-ın onları qadağan olunmuş ərazidə casusluq və torpaq nümunələri götürərkən həbs etdiyi deyilsə də, həbs tarixi və ya bu diplomatların hələ də həbsdə olub-olmaması barədə dəqiq məlumat verilməyib.
“Bu casuslar İnqilab Keşikçiləri Korpusunun aerokosmik raket təlimlərinin keçirildiyi İranın mərkəzi səhrasında torpaq nümunələri götürüblər.
Saxlanılanlar arasında Avstriyanın İrandakı mədəni məsələlər üzrə attaşesinin əri və İranda turist kimi səfərdə olan Polşa vətəndaşı, universitet professoru Maçiek Valzak adlı şəxs də var”, – deyə İran dövlət televiziyası bildirib.
Bununla yanaşı “Təsnim” xəbər agentliyi məsələ ilə bağlı yaydığı məlumatda tarixi göstərilməyən bir video yayaraq orada Britaniyanın İrandakı səfir müavininin ailəsi ilə birlikdə Şahdad səhrasında qadağan olunmuş əraziyə getdiyini və torpaq nümunələri götürərkən həmin yerin fotoşəkillərini çəkdiyini iddia edib.
İran mediasında diplomatların həbsi ilə bağlı yayılan xəbərdən sonra Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ölkənin İran İslam Respublikasındakı nümayəndəliyinin rəhbər müavininin saxlanılması ilə bağlı məlumata münasibət bildirib.
Nazirlik İranda Britaniya diplomatının saxlanması ilə bağlı yayılan xəbərləri tamamilə yalan adlandırıb.