Bu barədə iyulun 6-da İranın milli karate komandasının kapitanı Zəbihullah Purşib mediaya verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, İran Karate Federasiyasının bütün səylərinə baxmayaraq, Amerika viza verməkdən imtina edib.
“Yaxın Şərqdə öldürülən amerikalı əsgərlərin qohumları və İranın müxalifləri İran komandalarında çox sayda İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri və tərəfdarlarının olduğuna inanırlar və bu səbəblə Bayden hökumətindən İran komandalarına viza verilməməsini istəyiblər”, – deyə “Faks News” yazıb.
Qeyd edək ki, İranın üç nəfərlik qadın basketbol komandası da viza problemi üzündən Asiya kuboku yarışlarında iştirak edə bilməyib.