Vaxt.Az

“ABŞ müttəfiqliyə sadiq qalacaq”


 

“İrana qarşı daha sərt razılaşmanı qəbul etmək ehtimalı var”

“ABŞ müttəfiqliyə sadiq qalacaq” ABŞ dövlət katibi Entoni Blinken iyulun 6-da İsrailin yeni baş naziri Yair Lapid ilə telefon danışıb. Dövlət katibi Vaşinqtonun İranın təhdidlərinə qarşı çıxmaq üçün İsraillə işləmək siyasətinin davam etdirəcəyini bildirib.

Amerika Dövlət Departamentinin açıqlamasına görə, Entoni Blinken Yair Lapidlə telefon danışığında Vaşinqtonun İsraillə tərəfdaşlıqda sarsılmaz sadiqliyini bir daha təkrar edib.

Blinken habelə Yair Lapidi Vaşinqtonun İrandan gələn təhdidlər də daxil olmaqla ümumi təhdidlərlə mübarizədə qətiyyəti barədə əmin edib.

Qeyd edək ki, iyulun 5-də Parisə səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla görüşən Yair Lapid deyib ki, o, cənab Makronu dünya güclərinin İranla nüvə danışıqlarında daha sərt addımlar atmağa inandırmaq niyyətindədir.

Lapidin köməkçilərindən biri də bildirib ki, İsrail dünya güclərinin nüvə razılaşmasına qayıtmasının əleyhinə olsa da, İrana qarşı daha sərt razılaşmanı qəbul etmək ehtimalı var.

Blinken prezident Co Baydenin yaxın bir neçə gün ərzində Yaxın Şərqə səfərinə işarə edərək bildirib ki, cənab Bayden bu səfər zamanı ABŞ-İsrail tərəfdaşlığını qeyd etməyi səbirsizliklə gözləyir.

 





07.07.2022    çap et  çap et