Bundan öncə Baş nazirlə onun öz hökuməti faktiki işləməkdən imtina edib. 50-dən çox kabinet üzvü və yüksək vəzifəli məmur istefa verib.
İyulun 5-də Consonun təyin etdiyi Maliyyə naziri Nadhim Zahavi iyulun 7-də səhər saatlarında onu istefaya çağırıb. İyulun 7-də yenə iki gün əvvəl vəzifəyə təyin edilmiş Təhsil naziri Mişel Dounlan da bu postdan imtina edib.
BBC və “The Sun” xəbər verir ki, Conson istefa verdikdən sonra hakim Mühafizəkarlar Partiyasının payızdan əvvəl baş tutacaq rəhbər seçkisinə qədər baş nazir vəzifəsinin icrasını davam etdirəcək.
“YouGov” təşkilatının sorğusuna görə, britaniyalıların 60 faizi hökumətin, 71 faizi isə şəxsən Consonun işini bəyənmir. Sosioloqların sözlərinə görə, Consonun mənsub olduğu Mühafizəkarlar Partiyasının əksər üzvləri onun istefasını tələb edir.
Baş nazirin istefası avtomatik yeni seçkilər demək deyil. Amma müxalifət onu tələb edir. Sorğulara görə, Mühafizəkarlar Partiyası seçkilərdə sarsıdıcı məğlubiyyət ala bilər.