“Credit Suisse” Bidzina İvanişviliyə məxsus 2,7 milyard funt-sterlinqin Rusiya mənşəli ola biləcəyini əsas gətirərək dondurub. Bütün bunların Avropa Parlamenti Bidzina İvanişvilini Kremllə əlaqələrdə ittiham etdikdən sonra baş verdiyi bildirilir. Bidzina İvanişvilinin vəkili Viktor Kipiani isə bildirib ki, onun müvəkkili martın 4-dən, Avropa Parlamenti “Gürcü Arzusu”nun yaradıcısının adı ilə bağlı qətnamə qəbul etməzdən xeyli əvvəl “de-fakto sanksiyalar altındadır”.
Avropalı siyasətçilər isə Gürcüstan hökumətindən Avropa Komissiyasının tələblərini, ilk növbədə isə oliqarxiyasızlaşdırmanın həyata keçirilməsini təkidlə tələb edirlər. Bu tələb məhz Bidzina İvanişviliyə qarşı yönəlib.