Vaxt.Az

Tarixə və mədəniyyətə kəsilən ölüm hökmü


 

Erməni nağılları ilə Hitleri ekstaza gətirən mistik hekayənin bağlılığı

Tarixə və mədəniyyətə kəsilən ölüm hökmü 454 il öncə, 1568-ci ilin fevralında İspan inkivizisiyası bütün Niderland xalqına ölüm hökmü kəsmişdi. Bu faktı tarixdə analoqu olmayan hadisə adlandırırlar. Amma var. Eyni davranışı erməni kilsəsi, ultramillətçi təşkilatları dəfələrlə təkrarlayıblar və nəinki tarixi Azərbaycan torpaqlarından, Mərkəzi Asiyadan Türkiyəyə, Gürcüstandan indiki İran İslam Respublikasınadək nəhəng bir coğrafiyadan türklərin və onlarla ortaq dəyərlərə sahib olan digər xalqların izlərini silməyə çalışıblar.

Erməni ultramillətçiliyi həm formasına, həm də məzmununa görə, son 200 ildə mövcud olan bütün millətçi dünyagörüşlərindən fərqlənir. Daha aqressiv, mərhəmətsiz və amansızdır. Bu dünyagörüşü özündə bəşər tarixinin bütün pisliklərini, anti-insani təfəkkür və davranışlarını birləşdirən, son nəticədə paranoid şəxsiyyət pozuntusuna, indiki halda isə paranoid millət pozuntusuna gətirib çıxaran təfəkkür və həyat tərzidir.  Erməni vandalizminin kökləri haqqında apardığım araşdırmalar zamanı da buna bir daha əmin oldum. Vandalizmlə bağlı filosof və psixoloqların fikirlərini ümumiləşdirən dünyaca məşhur “Laruss” ensklopediyasında qeyd olunur ki, “vandalizm insanı qarşısına çıxan bütün gözəllikləri, o cümlədən incəsənət əsərlərini məhv etməyə sövq edən ruh halıdır”. Ermənilərdə bu toplumsal ruh halıdır və özünü, əsasən, ekstremal vəziyyətlərdə, vandalizm üçün əlverişli tarixi şərait və cəzasızlıq mühiti yaranan zaman daha qabarıq şəkildə büruzə verir.

Qeyd edim ki, erməni Qriqoryan kilsəsinin, Daşnaksütun və Qnçak kimi ultramillətçi təşkilatların ideoloqlarının tarixi Azərbaycan torpaqlarından, o cümlədən İrəvandan azərbaycanlıların izini tamamilə silməkdə məqsədləri yalnız “Böyük Ermənistan” xülyasını gerçəkləşdirməkdən ibarət olmayıb, onlar erməniləri, xüsusilə də yeni nəslin nümayəndələrini uydurduqları və saxta ideoloji pazllardan ibarət “tarix”lərinə inandırmaq, zombiləşdirmək, nifrət silahına çevirmək istəyirdilər. Eynilə Hitler və onun millətçi-sosialist partiyasının ideoloqları kimi...

Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra, gənc nəslin və bütövlükdə almanların beynini yumaq üçün 12 tezisdən ibarət təlimat hazırlamışdılar. “Hitler inkivizisiyası” adını alan bu tezislər alman xalqının gerçək keçmişi və bəşəri dəyərlərlə bütün əlaqələrinin qırılmasına xidmət edirdi.

Üçüncü Reyxin ideoloqları 1933-cü il mayın 10-da 34 universitet şəhərciyində keçirilən “məşəl yürüş”lərindən sonra, təxminən 300 müəllifin 25 min cilddən çox kitabının yandırılmasına nail oldular. Alman xalqının böyük əksəriyyəti yalnız faşizm ideologiyasını təbliğ edən kitabların ümidinə qaldı və “beyinlərin yuyulması əməliyyatı” cəmi 6 il sonra özünü büruzə verməyə başladı. “Məşəl yürüşləri” işğal, ölüm yürüşləri ilə əvəz olundu, tonqallarda, sobalarda kitabları deyil, insanları yandırdılar.

Bu arada bir haşiyə çıxmaq istəyirəm: “Məşəl yürüşü” ifadəsi, hesab edirəm ki, dəyərli oxuculara da tanış gəlir. Ermənilər də “məşəl yürüşləri”nə çıxmağı, həmin məşəllərlə azərbaycanlıların evlərinə, tarixi və mədəniyyət abidələrinə od vurmağı sevirlər...

Nifrət, yalan, xəstə, şizofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətli silahdır. Faşizmin, o cümlədən erməni faşizminin tarixi də bunu sübuta yetir. Məhz bu xüsusda, hörmətli oxucuların diqqətini Adolf Hitlerlə bağlı bir məqama çəkmək istəyirəm. Bilirsiniz Adolf Hitleri bütün dünyanı ələ keçirmək xülyasına düşürən təəssürat bəşər tarixinin ən böyük qatilində harada formalaşıb? Muzeydə... Bəli, dünya mədəniyyətinin, bəşəri düşüncənin düşməni olan Hitler, sonradan məhv etdirdiyi muzeylərdən birində yüzbaşı Longinin İsa Məsihi çarmıxdan endirən zaman istifadə etdiyi nizəni gördükdən və yeniyetməlik illərində sözügedən nizənin dünya üzərində hökm sürmək imkanı verdiyi barədə əfsanəni xatırladıqdan sonra dünyaya sahiblənmək niyyətinə düşüb. Bir yalan, bir əfsanə milyonlarla insanın ölümünə, şəhər və kəndlərin dağıdılmasına, tarixi və mədəniyyət abidələrinin yerlə bir edilməsinə səbəb olub.

Erməniləri türklərə, azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrət üzərində kökləyən əfsanə və nağılların da Adolf Hitleri ekstaza gətirən mistik hekayədən fərqi olmadığını düşünürəm.

Əks təqdirdə, İrəvanda Təpəbaşı mədəni soyqırımı və azərbaycanlılara məxsus digər yaşayış məntəqələrində misli görünməmiş vandalizm aktları nə üçün törədilməliydi ki?

 





07.07.2022    çap et  çap et