Vaxt.Az

700 illik abidə uçub


 

Ərdəbildə Elxanilər dövrünə aid olan hamam baxımsız qalmışdı

700 illik abidə uçub Ərdəbilin tarixi Mənsuriyyə hamamı uçub. Elxanilər dövrünə aid olan tarixi hamam Ərdəbildə Səfəvilər sarayı yerləşən “Alaqapı”nın yaxınlığında idi.

Qeyd edək ki, mədəni fəallar abidənin bərpası ilə bağlı Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə dəfələrlə məktub yazıb. Lakin bu müraciətlərə əhəmiyyət verilməyib.

Baxımsız qalan abidənin bir hissəsi uçub.

Xatırladaq ki, Ərdəbil şəhərinin tarixi bazarının da uçmaq təhlükəsi var.

Ərdəbil şəhərinin İş Adamları və Tacirləri Birliyinin sədri Səid İrani Cəm mediaya verdiyi açıqlamasında bazarın təmiri üçün Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə nəzərdə tutulan vəsaitin verilmədiyini bildirib.

“Özəlliklə bazarın daha çox gediş-gəliş bölmələri dağılmaq üzrədir. Bu bölmələr təcili yenidən qurulmasa bazar çökəcək və Ərdəbildə çox ağır faciə baş verəcək”, – deyə İrani Cəm xəbərdarlıq edib.

 





07.07.2022    çap et  çap et