Vaxt.Az

Ukrayna səfirini geri çağırdı


 

Kiyev bu gün rəsmi qərar verib

Ukrayna səfirini geri çağırdı Ukrayna Rusiyadakı səfiri Vladimir Yelçenkonu Krım böhranı ətrafında siyasi məsləhətləşmələr aparmaq üçün geri çağırır.

Virtualaz.org saytı UNİAN agentliyinə istinadən bildirir ki, qərar rəsmi Kiyev tərəfindən bu gün verilib. Xəbəri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat mərkəzi yayıb.

Ukrayna XİN bəyan edib ki, «Krım məsələsi ətrafında yaranmış vəziyyətlə və onun beynəlxalq aləmdəki nəticələrini müzakirə etmək zərurəti yaranıb deyə Ukrayna Rusiyadakı səfirini geri çağırır».

Yada salaq ki, dünən Krımın Ukraynadan qoparılıb Rusiyaya birləşdirilməsi məsələsi ilə bağlı referendum keçirilib. Rusiya tərəfi xalqın 96 faizinin Rusiyaya birləşmək ideyasını dəstəklədiyini bəyan edib.
 





17.03.2014    çap et  çap et