Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən dezinformasiyanın Putin rejiminin əsas “uzaq mənzilli silahlardan” biri olduğu üzə çıxdı. Ümumiyyətlə, Rusiya xüsusi xidmət orqanları informasiya məkanında dezinformasiya və təbliğat sistemi yaradıb.
Kremlin dezinformasiya və təbliğat sistemi insanları çaşdırmaq məqsədi ilə Rusiyanın gerçək siyasəti və real fəaliyyəti ilə bağlı ilə dezinformasiya istehsal edir və yayır. Rusiya xüsusi xidmət orqanları özlərini xəbər agentliyi kimi təqdim edən, yalan yayan, nifaq salan xüsusi saytlar yaradır, casusluğa cəlb etdiyi şəxslərin vasitəsilə sosial şəbəkələrdə qaralama kampaniyası aparır. Rusiya beynəlxalq normalara və qlobal sabitliyin qorunmasına zidd olan bu bədxah fəaliyyətinə görə dəfələrlə ifşa olunsa da, bunu davam etdirir. Humanitar və Sosial Araşdırmalar Fondunun (FHSR) araşdırmasına görə, Rusiyanın Ukraynaya hücumundan sonra Kreml təbliğatının həcmi 10 dəfə artıb.
ABŞ Dövlət Departamentinin Qlobal İştirak Mərkəzinin (Global Engagement Center) “Rusiyanın dezinformasiya və təbliğat ekosisteminin əsas elementləri” adlı hesabatına görə, Rusiyanın dezinformasiya və təbliğat sisteminin əsas məqsədi rəqibləri nüfuzdan salmaqdır.
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın dezinformasiya və təbliğat sistemini zərəsizləşdirmək üçün son altı ay ərzində çoxsaylı əməliyyat keçirib. Odessa vilayətində Rusiya internet casus şəbəkəsini ifşa edilməsi Ukrayna Təhlükəsizlik Xidmətinin ən son əməliyyatıdır. Aydın görünür ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın internet casus şəbəkəsinə qarşı müharibə elan edib.