Topaz Premyer Liqasının 26-cı turunda sabiq komandası «Bakı»ya qarşı oyunda zədə alan Kamranın sağ ayağında şiş əmələ gəlib. Onun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında «Qarabağ»a qarşı oynaması hələ də sual altındadı. Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, onun ağdamlılara qarşı oynayıb-oynamayacağı oyun günü bəlli olacaq.
Kamrandan fərqli olaraq, Rafael Santos zədəsini bərpa edib. O, lazım olacağı halda, Ağdam klubuna qarşı forma geyə biləcək.