Zelenski Rusiya hərbi əməliyyatı başlayandan Ukraynaya səfər edən dünya liderlərini yalnız tərəfdaş deyil, əsl dost hesab etdiyini deyib.
CNN-ə müsahibəsində Zelenski prezident Baydeni Ukraynada görmək istədiyini deyib: “Eşitdim ki, o da bu fikri dəstəkləyib. Onun səfərinə mane olan bəzi təhlükəsizlik məsələləri var, biz bunu başa düşürük”.
Zelenski əmindir ki, Baydenin səfəri ukraynalılara kömək edəcək: “Ukraynalılar ABŞ-ı dəstəkləyir, ukraynalıların Birləşmiş Ştatlara, eləcə də Britaniya, Polşa və Baltikyanı ölkələrə inamı çox yüksəkdir.
ABŞ prezidentinin səfəri dövlətlərin Ukraynanı dəstəklədiyinə işarə olacaq, çünki onlar onun qələbəsinə inanırlar və Rusiyadan qorxmurlar”.