Vaxt.Az
“Azərbaycan üsyana hazırdır”
Urmiyada fars-molla rejiminə xəbərdarlıq edilib
Güney Azərbaycanın qərb vilayətinin mərkəzi Urmiya şəhərində aksiyalara davam edir. Divarlara Urmiya gölü ilə bağlı etiraz məzmunlu şüarlar yazan milli-mədəni və çevrə fəalları Tehran hökumətinə xəbərdarlıq ediblər.
Şəhərin bir çox məhəllələrinin divarlarına “Azərbaycan üsyana hazırdır”, “Urmiya gölünü qurtaracayıq”, “Urmiya gölü can verir” və başqa şüarlar yazılıb.
Qeyd edək ki, son günlər Güney Azərbaycanda davamlı olaraq hökumətin qurumaqda olan Urmiya gölünə laqeyd münasibətinə etiraz aksiyaları keçirilir.
08.07.2022 çap et