Təbii bunu fürsətə çevirib qazananlar da olacaq, amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil.
Qapanma qərarının Avropada verildiyi halda neft-qaz qiymətlərini də salacaq, nəticə də ölkəyə valyuta daxilolmaları kəskin azalacaq. Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə PUL lazım olacaq.
Başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə inflyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq. Buna görə də təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların inflyasiyaya da təsir çox pis olacaq.
Bu il iqtisadiyyatın gül-çiçək açdığı 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ilidir. Odur ki, “Qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır.