2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 3,8 faiz, ümumi daxili məhsulun nominal həcmi 72,295 milyard dollar səviyyəsində proqnozlaşdırılır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunur.
2023-ci ildə isə ÜDM-in 2,6 faiz artacağı, ÜDM-in nominal həcmi 74,305 milyard dollar olacağı gözlənilir.
Proqnozlara əsasən, Azərbaycan ÜDM-in nominal həcmi 2024-cü ildə 76,046 milyard, 2025-ci ildə 78,4 milyard, 2026-cı ildə 81,387 milyard dollar təşkil edəcək.
Eyni zamanda, BVF 2022-ci ildə Azərbaycanda inflyasiyanın mülayim artım tempini proqnozlaşdırıb. Fondun hesabatında qeyd olunub ki, gələn ildən başlayaraq inflyasiya riskləri tədricən azalacaq. (“Trend”)
çap et