Problem ondadır ki, elə Şarl Lekler də eyni ssenari ilə gedirdi – yalnız 3-cü sektorun rekordu sayəsində poulu ələ keçirmişdi, amma ilk cəhddə uduzduğu fərqi qapada bilmədi.
Karlos Saynsın ilk iki sürücüyə yaxınlığı böyük ehtimalla onların hər iksinin xırda səhvləri ilə izah oluna bilər – istənilən halda, deməli, Sayns səhvsiz dövrə vurub.
Təəssüf edirəm ki, bu mübarizədə Lyuis Hamiltonu görmədik - necə də gözəl olardı 3 komandanın fərqli sürücülərini poul uğrunda sıx mübarizdə görmək.
Amma sabah sprintdə məsələni düzəltmək olar, bazar günü isə liderlərlə sıx mübarizə də aparmaq mümkündür...