Vaxt.Az

«Tərlanı ona görə indi gətirdik ki...»


 

«Bundan sonra nəsə etmək çətindi»

«Tərlanı ona görə indi gətirdik ki...» AZAL-ın vitse-prezidenti Vaqif Qasımov Tərlan Əhmədovun baş məşqçi postuna təyinatı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları dilə gətirib:

«Artıq mövsüm başa çatmaq üzrədi. Bundan sonra Tərlan Əhmədov nə edə bilər ki? Qarşıda cəmi 10 oyun qalıb. Biz onu indi komandaya gətirdik ki, mövqelərə baxsın. Hansı mövqelərə futbolçu almaq lazım olduğunu bilsin. Bundan sonra nəsə etmək çətindi. Gələn mövsümün planlarını qurmaq lazımdı. Gələn mövsüm ola bilsin ki, büdcə də artırılsın. AZAL-ın həmişə hədəfləri yüksək olub. Heç nə üçün çempionatda oynamaqdansa, oynamamaq daha yaxşıdı. Hədəf olmalıdır. Bu il belə alındı ki, heç nə edə bilmədik. Qarşıdakı mövsümdə yüz faiz yaxşı hədəflərimiz olacaq».

Xatırladaq ki, AZAL Tərlan Əhmədovla 2,5 illik müqavilə imzalayıb.

 





17.03.2014    çap et  çap et