“Biz müharibəyə tez bir zamanda son qoymaq və fikir ayrılıqlarımızı döyüş meydanında deyil, danışıq masasında həll etmək öhdəliyimiz var”, – İndoneziyanın xarici işlər naziri Retno Marsudi görüşün açılışında BMT-nin çoxtərəfliliyə və etimada çağıran nizamnaməsinə istinadən deyib.
Xarici işlər nazirləri Ukraynadan taxılın daşınmasına və Afrika, Yaxın Şərq və başqa yerlərdə viranedici ərzaq çatışmazlığının qarşısının alınmasına dair narahatlıqlarını bölüşüblər. Ancaq danışıqlar zamanı kəskin gərginlik müşahidə olunub. Belə ki, ABŞ Dövlət katibi Entoni Blinken və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov eyni masa arxasında otursalar da, birbaşa danışmayıblar.
Lavrov Qərb ölkələrinin nazirlərini “demək olar ki, dərhal, onlar Ukraynadakı vəziyyətə görə Rusiya Federasiyasının tənqid etmək üçün söz alan kim”, – mövzudan yayınmaqda ittiham edib.
“Bilirsiniz, bütün təmasları kəsən biz deyildik”, – Lavrov ilk sessiyadan sonra müxbirlərə deyib. “Bunu Birləşmiş Ştatlar etdi.. və biz heç kəsin arxasınca qaçıb, görüş təklif etmirik. Onlar bizimlə danışmırlarsa, bu onların seçimidir”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G-20 nazirlərinin cümə günü keçirdiyi iclasını iki dəfə tərk edib. Birinci dəfə Berkok sessiyada çoxtərəfliliyin gücləndirilməsinə dair çıxış edərkən, ikinci dəfə isə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın video bağlantı vasitəsi ilə ərzaq və enerji təhlükəsizliyi ilə bağlı çıxışından bir qədər əvvəl.
Blinken çıxışında birbaşa Rusiyaya müraciət edərək “Rusiyalı həmkarlarımıza - Ukrayna sizin ölkəniz deyil. Bu taxıl sizin taxılınız deyil. Niyə limanları bloklayırsınız? Siz taxılı buraxmalısınız” deyib.
Blinken danışan zaman Lavrov otaqda olmayıb. Təşkilatlar aclığın yaxınlaşdığına dair xəbərdarlıq edir
Görüş Dünya Ərzaq Proqramının çərşənbə günü yaydığı ən son hesabatdan sonraya təsadüf edib. Hesabatda aclıq və qida çatışmazlığını aradan qaldırmaq üçün qlobal səylərin azaldığı bildirilir.
Dünya əhalisinin təxminən 10 faizi, yəni 828 milyon insan ötən il aclıqdan əziyyət çəkib. Bu isə 2020-ci illə müqayisədə 46, 2019-cu illə müqayisədə isə 150 milyon daha çox insan deməkdir. Bu barədə Dünya Ərzaq Proqramı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin ərzaq təhlükəsizliyi və qidalanma hesabatının 2022-ci il buraxılışında məlumat verib.
“Bu rəqəmlərin qarşıdan gələn aylarda daha da artacağına dair real təhlükə var, Ərzaq Proqramının icraçı direktoru Deyvid Bisli deyib və əlavə edib ki, Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan ərzaq, yanacaq və gübrə qiymətlərindəki artım ölkələri aclığa sürükləyə bilər.”
Müstəqil Kyiv media orqanının məlumatına görə, Ukraynanın kənd təsərrüfatı nazirliyi cümə günü bildirib ki, ölkənin bir çox bölgələrində fermerlər buğda və paxlalı bitkiləri toplamağa başlayıb və artıq 1 milyon tondan çox taxıl yığıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin əvvəlində deyib ki, o, payıza qədər 60 milyon ton taxılın yığılacağını gözləyir və əgər blokadalar aradan qaldırılmasa, Ukrayna “çox çətin” vəziyyətdə olacaq.