İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi dövründə daxili işlər nazirinin müavini olan Taczadənin həbsi barədə xəbəri İranın rəsmi dövlət mediası təsdiqləyib.
“Mehr” xəbər agentliyi Mustafa Taczadənin həbsinin “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq” və “yalan məlumat yaymaqla ictimai rəyi çaşdırmaq” ittihamları əsasında baş verdiyini yazıb.
Siyasi fəalın həyat yoldaşı Fəxrülsadat Möhtəşəmipur həbslə bağlı yaydığı qısa video müraciətdə Mustafa Taczadənin başına gələ biləcək bütün hadisələr üçün bir başa Əli Xameneyinin məsuliyyət daşıyacağını deyib.
Qeyd edək ki, Mustafa Taczadə İranda Əli Xameneyini sərt tənqid edən tanınmış şəxslərdən biridir. O, 2009-cu ildə İranda keçirilən qalmaqallı prezident seçkilərində həbs olunaraq 7 il zindana salındı.
Taczadə zindandan Əli Xameneyiyə yazdığı açıq məktubda onu sərt tənqid edərək ölkədə baş verən çatışmazlıqlar və cinayətlərə görə, onun şəxsən məsuliyyət daşıdığını yazmışdı.