Vaxt.Az

“Silahını yerə qoy”


 

ETTALAT tanınmış rejissorları sosial şəbəkələrdə bəyanat yaydıqları üçün həbs edib

“Silahını yerə qoy” İranın tanınmış rejissorları Məhəmməd Rəsulov və Mustafa əl-Əhməd Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən saxlanılıb.

Kinematoqrafçıların ölkədə baş verən son etiraz aksiyaları, Xuzistanda “Metropol” ofis binasının uçmasından sonrakı narazılıqlar və bir qrup iranlı kinematoqrafçının polis qüvvələrinə “silahını yerə qoy” başlıqlı bəyanatının dərcinə, sosial mediada etdikləri paylaşımlara görə həbs edildikləri bildirilir.

Qeyd edək ki, mayın 29-da 100 rejissor və kinematoqrafçının “silahını yerə qoy” başlıqlı bəyanatından sonra İranın təhlükəsizlik məmurları bəyanatı imzalayanları təhdid etməyə başlayıblar.

Qeyd edək ki, adı çəkilən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

 





09.07.2022    çap et  çap et