Fərəhbəxşin açıqlaması İran kinosunda fəaliyyət göstərən qadınların keçən həftənin əvvəlində qanuni tənzimləmə layihəsi və “Sinema evi”nin idarə heyətinin şantaj, şiddət və cinsi təcavüzə qarşı bəyanatından sonraya təsadüf edir.
Qeyd edək ki, bu ilin aprel ayında İranda kino sahəsində çalışan onlarla qadın cinsi təcavüzə, şiddətə və iş mühitində cinsi istismara məruz qalmalarına etiraz edib və buna hüquqi qiymət verilməsini istəmişdilər.
“Biz iş yerində hər hansı zorakılıq, təqib və cinsi təcavüzü pisləyir, onu dayandırmaq üçün qanunu pozanların ciddi cəzalandırılmasına çağırırıq.
Son aylarda qadınların cinsi zorakılığa qarşı bir hərəkat olaraq göstərdikləri səylər çərçivəsində sinema mühitində qadınların təcavüz və istismar olunması ilə bağlı məsələlər qaldırılıb”, – deyə, çox sayda qadının imzaladığı bəyanatda yazılıb.
Buna cavab olaraq İranın mədəniyyət naziri qadın sənətçiləri haqsız çıxararaq, problemin səssiz və ictimailəşdirilmədən həll olunmasının tərəfdarı olduğunu bildirmişdi.