Müxtəlif rayonlardan gətirilmiş qurbanlıq qoyunlar və qoçlar. Satıcı ilə qiymətlə bağlı razılığa gəlməyə çalışan müştərilər.
Görüntülər paytaxtda qurbanlıq qoyunların satıldığı bazarların birindəndir. Burada heyvanların qiyməti çəkiyə görə dəyişir...
Heyvanlar diri çəkidə hər kilosu 6 manat 50 qəpiyə, kəsilib doğranaraq təhvil verildikdə isə 13 manata təklif edilir.
İlahiyyatçı Surxay Məmmədli deyir ki, vətəndaşlar qurbanlıq heyvan alarkən onun sağlam olmasına diqqət etməlidirlər.
Hacı Suxay Mmmədli deyir ki, iribuynuzlu qurbanlıq heyvanlar 7 hissəyə bölünərək paylana bilər. Xırdabuynuzlu heyvanlar isə pay kimi 3 hissəyə bölünməlidir.
Qeyd edək ki, sabah Azərbaycanda qurban bayramı qeyd olunacaq.