Vaxt.Az

ACEA-da böhran


 

Daha bir şirkət Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk edir

ACEA-da böhran İsveçin avtomobil istehsalçısı “Volvo Cars” bu ilin sonunda Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını (ACEA – European Automobile Manufacturers Association) tərk edəcək.

“Volvo” bu addımı Avropa İttifaqının 2035-ci ildən benzin və dizel mühərrikli avtomobillərin qadağan edilməsinə dair planlarına qarşı çıxan ACEA-nın mövqeyini bölüşmədiyinə görə atıb. Belə ki, İsveç nəhəngi artıq 2030-cu ildən ancaq elektik mühərrikli avtomobillər istehsal etmək niyyətindədir.

Daha əvvəl avtomobil konserni “Stelantis”də bu ilin sonuna kimi ACEA-nı tərk edəcəyini bəyan edib. Şirkət “Volvo” kimi 2030-cu ildən Avropada ancaq elektкomobil satacağını deyib.

Qeyd edək ki, hazırda ACEA 16 avtomobil istehsalçısını birləşdirir. Bunların sırasında “BMW”, “Ferrari”, "Ford”, “Honda”, “Jaguar – Land Rover”, “Mercedes-Benz”, “Renault”, “Volkswagen” var. Avropada iri lobiçilik strukturu olan ACEA iyunda Avropa Parlamenti tərəfindən təsdiq olunan Avropa Komissiyasının 2035-ci ildən daxili yanma mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi planını qeyri rasional hesab edərək qəti şəkildə ona qarşı çıxır. Öz növbəsində ACEA həm daxili yanma həmdə elektrik mühərriklə təchiz olunan hibrid avtomobillərin tətbiqinin tərəfdarıdır. (“Report”)

 





09.07.2022    çap et  çap et