Vaxt.Az

Ərdəbildə çörək tapılmır


 

Terrorçulara göndərilən buğda və un yardımından sonra ölkədə qıtlıq yaranıb

Ərdəbildə çörək tapılmır Sosial mediada son günlər Ərdəbildə yenidən çörək qıtlığının yaranması ilə bağlı çox sayda tənqidi paylaşımlar edilib.

Fəallar və adi vətəndaşlar çörək keyfiyyətinin aşağı düşməsi, qiymətin bahalaşmasına baxmayaraq onu tapmağın problemə çevrildiyini, çörək mağazaları qarşısında saatlarla gözləçəli olduqlarını yazırlar.

Onların dediyinə görə, çörək mağazalarının yiyələri qıtlığın dövlətin onlar üçün nəzərdə tutulan un miqdarını azaltdığı üçün meydana gəldiyini bildiririblər.

Qeyd edək ki, bundan öncə bir çox şəhərlərdə müxtəlif növ çörəklərin qiymətlərinin kəskin artması və istehsalın azalmasına baxmayaraq, İran hökuməti Livana, Hizbullah terror təşkilatına böyük miqdarda taxıl və un ixrac etmək barədə qərar verib.

 





09.07.2022    çap et  çap et