Tehran rəsmiləri kütləvi deportasiyanı qaçqınların Əfqanıstana könüllü qayıdışı kimi qələmə verirlər.
Xorasan əyaləti valiliyinin Xarici Vətəndaşlar və Qaçqınlar Mərkəzinin başçısı Seyid Əli Qasımi iyulun 9-da mediaya verdiyi açıqlamada çox sayda əfqanların könüllü şəkildə ölkələrinə qayıtdıqlarını iddia edib.
“Şpigel” jurnalı İranda əfqanıstanlı qaçqınlara qarşı edilən ədalətsizlik və onların cəsədlərinin doğranaraq orqanlarının oğurlanması barədə geniş məlumat yayıb.
Məlumatda qaçqın ailələrə istinadən bildirilir ki, əfqanıstanlı köçkünlər, özəlliklə gənclər adi xəstəlikdən səhiyyə ocaqlarına müraciət etdikdən bir neçə gün sonra cəsədləri ailələrinə təhvil verilir.
“Adi yara və xəstəliyə görə xəstəxanaya müraciət edən qaçqınların xəstəlikdən öldüyü bildirilir. Onları meyitləri isə ailələrinə doğranmış və həyati orqanları çıxarılmış şəkildə təhvil verilir”, – deyə məlumatda yazılıb.
Bununla yanaşı bir müddət öncə Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı məlumata görə, Əfqanıstanda Talibanın hakimiyyətə gəlişindən sonra İranda yaşayan əfqan qaçqınlarının deportasiya hallarının çoxaldığını deyib.
İmmiqrasiya Agentliyinin Əfqanıstan üzrə direktor müavini Eşli Karl “Associated Press” agentliyinə bildirib ki, bu ilin ilk üç ayında əfqan qaçqınların İrandan deportasiyası 60 faiz artıb və 250 minə yaxın qaçqın Əfqanıstana qaytarılıb.
O, bu qaçqınların çoxunun gömrük keçid məntəqələrinin bağlı olduğu üçün həyatlarını təhlükəyə ataraq qaçaq yollarla İrana mühacirət etdiklərini deyib.
Qeyd edək ki, son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.
İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.