Görüş rəsmilər İndoneziyanın Bali adasında Böyük İyirmilərin xarici işlər nazirlərinin toplantısı üçün bir araya gəldiyi bir vaxt keçirilib.
“Mən Çin Xalq Respublikasının Rusiya ilə müttəfiqliyindən narahat olduğumuzu dövlət müşaviri ilə bir daha paylaşdım”, – Blinken danışıqlardan sonra mətbuat konfransında deyib. ABŞ-ın baş diplomatı deyib ki, o, Çinin neytral şəkildə davrandığını düşünmür, çünki Birləşmiş Millətlər Təşkilatında Rusiyanı dəstəkləyib və “Rusiya propaqandasını gücləndirib.”
Blinken deyib ki, Çin Prezidenti Şi Tsinpin iyunun 13-də Prezident Vladimir Putinlə telefon danışığı zamanı Rusiya ilə tərəfdaşlıq qurmaq qərarını dəstəklədiyin açıq şəkildə bildirib.
ABŞ rəsmiləri Çinin Moskvanın Ukrayna ordusunu zəiflətmək üçün “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəyə maddi dəstək təklif etməsinin nəticələrinin olacağına dair xəbərdarlıq edib ki, buna sanksiyalar da daxildir. Kiyev və Qərb müttəfiqləri deyir ki, hərbi müdaxilə səbəbsiz torpağa işğalıdır.
Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşməkdən imtina etməsi ilə bağlı suala cavab olaraq Blinken “Problem odur ki, biz hazırda Rusiyanın mənalı diplomatiya”ya hazır olduğuna dair hər hansı bir əlamət görmürük”, – deyib.
Çin xarici işlər nazirliyinin yaydığı bəyanata görə, Vanq şənbə günü keçirilən danışıqlar zamanı “Ukrayna məsələsi” ilə bağlı dərin düşüncələrini paylaşıb. Nazirlik təfərrüatlarını açıqlamayıb.
ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi şənbə günü İndoneziyanın Bali adasında Böyük İyirmilərin iclasından sonra səhər danışıqlar keçirib, habelə işgüzar nahar ediblər.
Səhər iclasından öncə Blinken qeyd edib ki, Birləşmiş Ştatlarla Çin arasındakı qədər mürəkkəb və əhəmiyyətli münasibətlərdə müzakirə olunacaq çox şey yoxdur.
Vanq isə öz növbəsində deyib ki, Çin və Birləşmiş Ştatlar münasibətlərinin doğru yolda irəliləməsini təmin etmək üçün birlikdə işləməlidir.
“Bu, münasibətləri məsuliyyətlə idarə etdiyimizə əmin olmaq üçün hökumət daxilindəki çinli həmkarlarımızla davam edən və məncə vacib olan söhbətlərin bir hissəsidir”, – Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi cümə axşamı deyib və əlavə edib ki, “münasibətlərin dərin rəqabətdən tutmuş, (həm də) əməkdaşlıq elementləri və mübahisə elementlərinə qədər “müxtəlif aspektləri var”.
Birləşmiş Ştatlar və Çin Tayvan, Cənubi Çin dənizindən strateji istifadə, ticarət və insan hüquqları da daxil olmaqla bir sıra məsələlərdə fikir ayrılığına düşüb.
ABŞ dövlət katibinin müavini Daniel Kritenbrink bildirib ki, şənbə günü keçirilən görüşlərdə gündəmdə iqlim dəyişikliyi, qlobal səhiyyə, narkotiklərlə mübarizə və Myanmadakı vəziyyətlə bağlı mümkün əməkdaşlıq ola bilər.
Diplomatik mənbələrin bildirdiyinə görə, Blinken – Vanq arasında şənbə günü keçirilən ilk görüşdə diqqətin ikitərəfli münasibətlərə, ikinci görüşdə isə regional və beynəlxalq məsələlərə yönələcəyi gözlənilirdi.
Bu, ABŞ-ın baş diplomatı Bayden administrasiyasının rəqib fövqəldövləti üstələmək strategiyasını açıqlayandan sonra Blinken ilə Çinin xarici işlər naziri arasındakı ilk görüşdür.
Blinken həmin zaman ABŞ-ın Çindən uzaqlaşmaq istəmədiyini və dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı münasibətin antaqonist oyun olmadınığını demişdi.