ETSN-in mətbuat xidmətinin məlumatına görə, bu gün nazirliyin əməkdaşları Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketində aksiyanı davam etdirib. Aksiya zamanı ümumi tutumu 2915 litr olan plastik butulka yığılıb.
Nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ümumi tutumu 50 litrdən çox butulka təhvil verən şəxslərə isə ekoçantalarla yanaşı, milli parklara bilet hədiyyə edilib.
“Bu günədək Bakı və regionları əhatə edən 4 aksiya keçirilib və ümumi tutumu 10 min 836 litr olan plastik butulka təhvil alınıb. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib,” o qeyd edib.
Növbəti aksiya Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Rahat” supermarketdə keçiriləcək.