Vaxt.Az

400 milyon dollarlıq yardim


 

ABŞ Ukraynaya əlavə yüksək dəqiqliyə malik hərbi texnika və sursatlar göndərir

400 milyon dollarlıq yardim Ukrayna əsgərləri Ukraynanı işğal edən Rusiya qüvvələrinə qarşı döyüşmək üçün lazım olan cəbhə bacarıqları üzrə təlim keçmək üçün Britaniyadadır. Ukraynalılar ölkə boyu Britaniya Müdafiə Nazirliyinin müxtəlif məntəqələrində yerləşdirilib.

Hazırda Britaniyada olan təxminən 1000 ukraynalı Britaniya ordusunun təşkil etdiyi proqramda iştirak etməsi planlaşdırılan 10 000-ə yaxın əsgərdən ilkləridir.

“Biz Britaniya ordusunun yüksək səviyyəli təcrübəsindən istifadə edərək, Ukraynaya öz qüvvələrini bərpa etməyə və öz ölkələrinin suverenliyini və öz gələcəyini seçmək hüququnu müdafiə edərkən müqavimətini artırmağa kömək edəcəyik,” Britaniyanın müdafiə naziri Ben Vallas deyib.

Birləşmiş Ştatlar Ukrayna qüvvələrinə Rusiyanın Donbas bölgəsi və başqa yerlərdə müharibə aparmaq imkanlarını hədəf almağa, qarşısı almağa və məhv etməyə kömək etmək məqsədi ilə Ukraynaya daha çox hərbi yardım göndərir.

ABŞ rəsmiləri cümə günü Ukrayna üçün yeni 400 milyon dollarlıq paketi açıqlayıb ki, ona əlavə dörd ədəd Yüksək hərəkətlilik qabiliyyətinə malik artilleriya raket sistemi HİMARS və indiyədək Kiyevə verilməyən 1000 ədəd 155 millimetrlik “dəqiqliyə malik” artilleriya sursatı daxildir.

“Bu [silah sistemləri] dəqiqdir,” Pentaqonun qaydalarına əsasən, adının anonim qalması şərtilə müxbirlərə məlumat verən ABŞ-ın müdafiə rəsmisi deyib. “Biz indiyədək olan uğurlarını nəzərə aldıqda ukraynalıların onlardan istifadə etməklə böyük nəticələr əldə edəcəklərini gözləyirik.”

Ukrayna Prezidenti hərbi texnikaya görə “Twitter”də Bayden administrasiyasına təşəkkür edib və bu texnikanı prioritet ehtiyac adlandırıb.

“Bu, bizə düşmənə təzyiq göstərməyə yardım edir”, – o deyib.

ABŞ-ın, xüsusilə də, yeni dəqiqliyə malik artilleriya mərmilərindən böyük gözləntiləri var.

“Onlar Ukraynaya konkret hədəfləri dəqiq hədəf almaq imkanı verir. Bu, sursata qənaət etdirəcək. Onlar dəqiqliyə görə daha təsirli olacaq”, – deyə rəsmi bildirib. “Beləliklə, bu, Donbasdakı bu döyüşdə Ukraynaya dəstəyimizdə daha bir təkamüldür,” o deyib.

Ancaq ABŞ ümid edir ki, bu “davamlı nümayişkaranə” adlandırdığı dəstəyin bir hissəsi olan bu son yardım paketi daha çox iş görəcək.

“Bizim hazırda ən çox istədiyimiz ukraynalıların mübarizəni davam etdirə bilməsi üçün həyati əhəmiyyət kəsb edən təkan və ən əsası, rusların ukraynalıların mübarizəni davam etdirə biləcəklərini bilməsidir”, – deyə rəsmi bildirib.

 





10.07.2022    çap et  çap et