Vaxt.Az

“Mesaj çox açıq idi”


 

Lavrovun G-20-dən “qaçmağının” səbəbləri məlum olur

“Mesaj çox açıq idi” ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın İndoneziyada keçirilən Böyük İyirmilər (G-20) sammitində diplomatlarla Ukraynaya işğalı ilə bağlı ünsiyyət qurmaq istədiyinə dair əlamət görmədiyini deyib.

“Rusiyanın mənalı diplomatiyaya hazır olduğuna dair heç bir əlamət görmədik”, – Blinken iyulun 9-da Böyük İyirmilərin Balidə görüşündən sonra deyib. “Əgər diplomatiya üçün fürsət olsa, biz ondan istifadə edəcəyik”, – o deyib.

İyulun 8-də Birləşmiş Ştatlar və müttəfiqləri Moskvanın Ukraynanı işğalını pisləyəndən sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bağlı qapılar arxasında keçirilən G-20 sessiyasını tərk edib.

Lavrov həm səhər sessiyasını həm də Ukrayna xarici işlər nazirinin nazirlərə video-müraciətindən öncə gündüz iclasını tərk edib.

“Orada güclü konsensus var idi və Rusiya bu müharibə başlayandan bəri dəfələrlə olduğu kimi təcrid olunmuş vəziyyətdə qaldı”. “Xarici işlər naziri Lavrov görüşü erkən tərk etdi, bəlkə də ona görə ki, bu mesaj çox açıq idi”.

 





10.07.2022    çap et  çap et