Vaxt.Az

Coşqun Rəhimovun səhhəti pisləşib


 

Aktyor konsert bitər-bitməz xəstəxanaya aparılıb

Coşqun Rəhimovun səhhəti pisləşib Aktyorun konsertdən sonra vəziyyəti ağırlaşıb. «Bu şəhərdə»nin sevilən aktyoru Coşqun Rəhimov 3 gün öncə xəstəxanaya aparılıb.

Konsertdən sonra özünü pis hiss edən Coşqun ilk öncə səhnə arxasında Təcili Tibbi Yardım alıb. Daha sonra Mərkəzi Klinik Xəstəxanaya aparılıb.

Hal-hazırda özünü yaxşı hiss edən Coşqunun səhhətində heç bir problem yoxdur.

Qeyd edək ki, Coşqun Rəhimov xərçəng xəstəliyindən əməliyyat olunub. Hazırda müalicəsini davam etdirir.

 

 





18.03.2014    çap et  çap et