Vaxt.Az

Mirzoyanın sərsəmləmələri ...


 

... Yaxud Bəzi ölkələr “kəmərləri sıxılanda” daha realist olurlar

Mirzoyanın sərsəmləmələri ... Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerine” qəzetinə müsahibəsində Azərbaycanın və Türkiyənin ünvanına bir sıra ittihamlar səsləndirib, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan ənənəvi sərsəmləmələrini davam etdirib.

Şübhəsiz ki, Ararat Mirzoyanın mövcud olmayan “Dağlıq Qarabağ” və digər, təfərrüatına varmamaq istəmədiyim  iddialarında təəccüblü heç nə yoxdur. Amma Ararat Mirzoyanın, mütəmadi olaraq, Azərbaycanın ictimai rəyinə müsbət mesajlar ötürməyə çalışan Trans Adriatik qaz boru kəməri üzrə tərəfdaşımız Yunanıstanın “Kathimerine” qəzetində yayımlanan müsahibəsi informasiya təxribatdır və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına maneə yaratmaq məqsədi daşıyan bir yanaşmadır.

Maraqlıdır, görəsən ilin-günün bu vaxtında, Cənubi Qafqazda Yunanıstanın adını kimsənin xatırlamadığı bir zamanda, rəsmi Afinanın regional ziddiyyətlərin və sosial-iqtisadi problemlərin girdabında boğulduğu bir zaman kəsiyində Ararat Mirzoyanın sərsəmləmələrinin yayımlanması hansı ehtiyacdan yaranıb? Bəlkə rəsmi Afina Mirzoyanın vasitəsilə Yunanıstan-Ermənistan-Cənubi Kipr zirvəsinin keçiriləcəyini anons etdirməklə təbii qaz böhranının daha da dərinləşəcəyi ehtimalını gözə alaraq, umacaqlarını diqqətə çatdırmaq istəyir? 

Hər halda son proseslər də sübuta yetirir ki, bəzi ölkələr “kəmərləri sıxılanda” daha realist olurlar…

 





10.07.2022    çap et  çap et