Vaxt.Az

Çasov Yarda beşmərtəbəli bina vuruldu


 

11 nəfər ölüb, 4 nəfər yaralanıb, dağıntılar altında daha 34 nəfər qalıb

Çasov Yarda beşmərtəbəli bina vuruldu Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya silahlı qüvvələrinin Donbasdakı növbəti məqsədi Xarkov və Donetski birləşdirən magistral yolda nəzarəti ələ keçirməkdir.

Bu məlumatları Rusiya Müdafiə Nazirliyinin hesabatları da təsdiqləyir: Çasov Yar şəhərinin atəşə tutulması açıq-aydın Baxmuta hücumla bağlıdır. Böyük Britaniya Müdafiə Nazirliyi həmçinin Rusiyanın yeni ehtiyatlarını Rusiya-Ukrayna sərhədinə çəkdiyini bildirir ki, bu da Ukraynada mümkün hücuma hazırlıqdan xəbər verir.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko Çasov Yarov şəhərində Rusiyanın raket zərbələri endirdiyi yaşayış binasında aparılan son xilasetmə işləri ilə bağlı fotolar paylaşıb.

Pavel Kirilenkonun dediyinə görə, Rusiya qüvvələrinin zərbələrindən sonra beşmərtəbəli binanın dağıntıları altında çoxlu insan var.

“Evin iki girişi tamamilə dağılıb. Xilasedicilər yerində işləyir – dağıntılar altında qalanları xilas etməyə çalışırlar. Yerli sakinlərin sözlərinə görə, orada 9 yaşlı uşaq da daxil olmaqla azı 34 nəfərin olduğu ehtimal edilir”, – Kirilenko yazıb.

Yenilənmiş məlumatlara görə, Donetsk vilayətinin Çasov Yar şəhərində 11 nəfər ölüb, 5 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi isə məlumat yayıb ki, Çasov Yar bölgəsində Amerikanın 155 mm-lik M777 haubitsaları və 30-a qədər ukraynalı hərbçilərinin olduğu anqar “Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları”nın zərbəsi nəticəsində məhv edilib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

 





10.07.2022    çap et  çap et