Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb. Almaniya hökuməti hələ yazda silahların tədarükünə söz versə də həmin qurğular üçün sursat çatışmazlığı bu işə mane olub. Almaniyada cəmi 60 min 35 mm-lik mərmi olub ki, bu da açıq şəkildə kifayət deyildi.
Belə sursatları istehsal edən İsveçrə üçüncü ölkələr tərəfindən bu sursatların Ukraynaya ötürülməsinə qarşıdır.
Məlumatda vurğulanır ki, tədarükçü Norveçdə tapıldığından Almaniya iyulda Ukraynaya təxminən 30 ədəd Gepard özüyeriyən zenit-artilleriya qurğusu çatdıra bilər.