Vaxt.Az

18 şəhərdə təhlükəli vəziyyət


 

İranda koronavirusa yoluxma yenidən artdı

18 şəhərdə təhlükəli vəziyyət İranda koronavirusa yoluxanların sayı yenidən kəskin artıb. Kəskin və bir neçə dəfə artımdan sonra 18 şəhərdə təhlükəli qırmızı vəziyyət elan olunub. Səhiyyə Nazirliyi yeni karantin qaydalarının tətbiq olunacağı ehtimalının yüksək olduğunu deyib.

Koronavirusa Qarşı Mübarizə Qərargahının nümayəndəsi Abbas Şirovjen qırmızı və orta təhlükəli narıcı bölgələrdə qapalı və açıq  yerlərdə maskadan istifadə edilməsini tövsiyə edib.

Son bir neçə gün ərzində Qərbi Azərbaycan, Xorasan, Zəngan, Xuzistan, Gilan və Həmədan əyalətlərində koronovirusa yoluxanların sayının bir neçə dəfə artdığı, ölüm hallarının çoxalmasının qeydə alındığı barədə məlumatlar yayılıb.

 





09.07.2022    çap et  çap et