Vaxt.Az

Dovşana qaç, tazıya tut


 

“Ferrari”nin qarajları bir-birlə mübarizə edir?

Dovşana qaç, tazıya tut Dünən və keçən həftə “Silverstoun”da “Ferrari”lər diqqət mərkəzində idilər. Ümumilikdə iki yarışdır komanda bu iki pilotu bir-birinə düşmən edir. Keçən həftə Çarls Lekler yer istəyir, amma bu biri tərəfdən Karlos Saynsa tempini artır, Lekleri də buraxma deyirlər. Bu nədir indi? Birinə hücum elə keç onu deyirlər, o birinə müdafiə olun deyirlər. Gərək bir yarışda bir-birlərinə girsinlər?

Dünən də Leklerə təkər qoru deyilir, Saynsa hücum elə deyilir. Yaxşı, qarajlar bir-birlərilə mübarizədədir deyək. Bəs bu komandanın baş strateqi, yarış direktoru, trasüstü əməliyyatçısı hara baxır? “Ferrari” bu gedişlə 20 il də çempion ola bilməz. 2017 və 2018-ci ildə maşın güclü olanda Binotto və Arrivabene rəhbər olmaq üstündə dava etdilər. Komandanın dinamikasını pozdular. Bu il də güclü maşınları var və indi iki qaraj bir-birinə belə düşmənçilik edir. İki qaraj rəqabət apara bilər. Amma nə vaxt? 1988-1989 tərzi “McLaren”dirsə. Ya da 2014-2016 tərzi “Mercedes”dirsə. Yoxsa sənin maşının yarışa görə 1-ci ya da 2-ci sürətli maşındırsa, bu olmamalıdır.

 





10.07.2022    çap et  çap et