Vaxt.Az

Şumaxerin oğlu atasının yolunu gedir


 

Peresin yüksəlişindən də gördük ki, “Red Bull” birbaş üstündür

Şumaxerin oğlu atasının yolunu gedir Bu gün Mik Şumaxerin günü idi. O nə müdafiə idi elə? 11 il əvvəl İtaliyada atasının Hamiltona etdiyini bu gün o etdi. Sadəcə mükəmməl idi. İlk dəfə Mikin müdafiəsindən həzz aldım. Hamiıton isə artıq bəsit pilot olmağa doğru gedir. Keçən il Alonsonu keçə bilmirdi, indi Şumaxeri. Özü də onun maşını rəqiblərindən qat-qat üstün idi. 2019 və 2020-ci illərdəki rəqabətsizlik onu çox kütləşdirdi.

Verstappen gözlədiyimiz kimi rahatlıqla qazandı. Sabah da yarışa pouldan başlayacaq. Yarışı da problem olmasa, rahat udacaq. Peresin yüksəlişindən də gördük ki, “Red Bull” birbaş üstündür.

“Ferrari”lərə gəldikdə, Sayns bu gün ilk dəfə Leklerlə eyni tempdə getdi. Komanda gördü ki, Lekler artıq özünü axırıncı yerə qoyur və davamında təmas yaşana bilər. Buna görə də Saynsa komanda əmri verildi. Yoxsa Sayns böyük ehtimalla öndə bitirə bilərdi. Bunu Hamilton ya da Ferstappen etsə, azarkeşlər indi ikisini də tənqid atəşinə tutmuşdu. 

Günün fiaskosu isə Alpin və Alonso oldu. Öldürməyən Allah Alpinlə sınayır. Çexolları unutmaq nədir? Alonso üçün yaxşı xəbər odur ki, sabah təzə güc qurğusuna keçib, ehtiyat hissə sayını artıracaq.

 





09.07.2022    çap et  çap et